Yerli sakinlərin məlumatına görə, bir neçə gün əvvəl partlayış baş verən Poniçala yaşayış massivindəki binada yaşamaq onlar üçün təhlükəlidir.
InterPress.ge xəbər verir ki, sakinlərin izahına əsasən, Samxarauli Ekspertiza Bürosunun rəyində binanın altıncı girişinin “uçma təhlükəsi” olduğu qeyd edilib. Onların sözlərinə görə, bu, binaya sonradan əlavə edilmiş lojaların dağılmasına səbəb ola bilər.
“Rəydə altıncı girişin uçma təhlükəsinin olduğu yazılıb. Bu isə sonradan əlavə edilmiş lojaların dərhal dağılmasına səbəb olacaq. Ən vacib məqam da məhz budur. Eyni zamanda, dördüncü girişin təhlükəsizliyinə də diqqət yetirilib, çünki onun vəziyyəti çox kritikdir. Gözlənilməz faciə baş verə bilər.
Bu binaya ümumiyyətlə heç bir sakinin geri köçürülməsinə icazə verilməməli idi. Burada hər dəqiqə təhlükə yaradır. Dünən də cəmi iki saat yata bildim. Bələdiyyə nümayəndəsi isə burada yaşamağın təhlükəsiz olduğunu deyir”, – deyə sakinlərdən biri “TV Pirveli”yə bildirib.
Sakinlər kömək istəyir və binada yaşamağın mümkün olmadığını vurğulayırlar.
Qeyd edək ki, Poniçalada baş verən partlayış nəticəsində 7 nəfər, o cümlədən 2 uşaq həyatını itirib. Hadisə yaşayış binasının mənzillərindən birində təbii qazın partlaması nəticəsində baş verib.
