Salome Zurabişvili: “Qarşıdan gələn seçkilər təkpartiyalı sistemdən çıxmaq şansıdır”
Salome Zurabişvilinin sözlərinə görə, qarşıdan gələn seçkilər təkpartiyalı sistemdən çıxmaq şansıdır.
InterPress.ge xəbər verir ki, o bunu RFI-yə (Radio France Internationale) müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, 2024-cü il seçkiləri ölkənin koalisiyaya bənzər demokratiyaya xas sistemə keçməsi üçün şansdır.
“Gürcüstan bu günə kimi müstəqilliyinin 30 ili ərzində heç vaxt təkpartiyalı sistemdən çıxmayıb. Az-çox demokratik, azad seçkilərə baxmayaraq, ümumilikdə mənfi yox, müsbət qiymətləndirilib. Bir-birini əvəz edən hər bir rejimlə biz getdikcə daha çox quruma nəzarət edən təkpartiyalı rejimə qayıtdıq. Qarşıdan gələn seçkilər bu sistemdən çıxmaq şansı və demokratiyaya xas olan başqa bir sistemə keçmək şansıdır, hansı ki, hər yerdə qalib gələn və sonra hakimiyyətdə yeganə olduğunu düşünən bir partiyadan daha çox koalisiyaya bənzəyir”- Zurabişvili bildirib.


