Avropa Komissiyasının sədri Gürcüstanla bağlı: "Hökumət həqiqətən də müsbət addımlar atıb"
Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edir.
InterPress.ge xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
“Avropa Komissiyası tərəfindən Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyə var, ancaq bəzi islahatlar aparılmalıdır. Biz Gürcüstan əhalisinin böyük əksəriyyətinin Avropa İttifaqına üzv olmaq istəyini tam dəstəkləyirik. Sözügedən istəklər iqtidar tərəfindən daha yaxşı başa düşülməli, müxalifətlə, vətəndaş cəmiyyəti nümayəndələri ilə daha çox əlaqə olmalıdır. Ötən il müəyyən edilmiş 12 prioritet üzrə hökumət tərəfindən irəliləyiş əldə edilməlidir. Avropa Komissiyası bir sıra müsbət addımları, məsələn, müxalifətin parlament işində iştirakını qiymətləndirir. Deoliqarxizasiya üzrə tədbirlər planı həyata keçirilib, Korrupsiyaya Qarşı Mübarizə Bürosu yaradılıb və s. Müvafiq olaraq, komissiya Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edir”, - Ursula fon der Leyen bildirib.


