Kaxa Kaladze: “ Gürcüstana namizəd statusunun verilməməsi üçün heç bir arqument yoxdur”
"Heç bir məntiq, heç bir arqument yoxdur ki, bizə namizəd statusu verilməsin"
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze bu bildirib.
Kaladzenin sözlərinə görə, Gürcüstan namizəd statusu almaq üçün hər şeyi edir.
“Biz əvvəldən bu statusa layiq idik, lakin ədalətsiz qərar verildi. Biz bilirik ki, onlar nə üçün, nə məqsədlə istifadə etmək istəyirdilər.
Bizə əməl etmək üçün konkret plan verildi. Əlavə tələblər olduğu və o da yerinə yetirildiyi istisna olmaqla, hər şey diqqətlə aparıldı. Mən əminəm və inanıram ki, ölkə namizəd statusunu alacaq, nə məntiq, nə də arqument yoxdur ki, bizə status verilməsin. Ola bilsin ki, xüsusi bir şey olmasın, amma siyasi baxımdan namizəd statusu mövzusu elə bir səviyyəyə qaldırılıb ki, bu, vacibdir və bizim tərəfimizdən ölkənin status alması üçün hərşey ediıib”- Kaladze bildirib.


