20 
Okt
2023
22:27
384

Aslan Bjaniya: “Belarusun Abxaziyanı tanımağa hazır olduğunu söyləmək hələ tezdir”

"Belarusun Abxaziyanı tanımağa hazır olduğunu söyləmək hələ tezdir, lakin bu istiqamətdə iş gedir" 

InterPress.ge xəbər verir ki, bu barədə işğal olunmuş Abxaziyanın prezident Aslan Bjaniya jurnalistlərlə söhbətində deyib.

Bjaniyanın sözlərinə görə, “Abxaziya ilə Belarus arasında əlaqələrin qurulmasının özü vacibdir”.

Bundan əlavə, o,  qeyd edib ki, ayın sonunda Abxaziyanın “nümayəndə heyəti” belaruslu həmkarları ilə işləmək üçün Belarusa yola düşəcək.

Bizimlə əlaqə saxlayın