10 
Okt
2023
22:52
404

Danimarka və İsveç Fələstinə maliyyə yardımını dayandırıb

"Danimarka Fələstin icmaları üçün inkişaf layihələrinin maliyyələşdirilməsini dayandırır"

InterPress.ge xəbər verir ki, bu barədə Danimarkanın İnkişaf Əməkdaşlığı və Qlobal İqlim Siyasəti naziri Dan Yorgensen Danimarka mətbuata müsahibəsində bildirib.

"Qəbul olunmaz hərəkətlər, terrorizm və ən pis aqressiya baş verib. Təbii olaraq əmin olmalıyıq ki, Danimarka pulları bunu dolayı yolla dəstəkləmir"- deyə nazir bildirib.

Qeyd edək ki, 2021-2025-ci illər üçün Danimarka hökuməti Fələstin ərazilərinin inkişafı üçün təxminən 450 milyon kron vəd edib ki, bunun da təxminən 72 milyon kronu bu ilin sonuna qədər ayrılmalıdır.

İsveçin inkişaf naziri Yohan Forsel də Fələstinə yardımın dayandırıldığını açıqlayıb.


"Biz isveçli vergi ödəyicilərinin pullarının terrorizmi rədd etdikləri tamamilə fundamental məsələlərə dair dəqiq fikri olmayan qurumlara getməsini istəmirik. Lakin humanitar yardımlar bu qərarın nəticəsi olaraq davam edəcək və dayanmayacaq", - Forsel bildirib.

Bundan əvvəl Almaniya və Avstriya da Fələstinə maliyyə yardımının dayandırılması qərarını açıqlamışdı. Avropa Birliyi də Fələstinə maliyyə yardımını dayandırıb.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından İsrailə gözlənilmədən raket və qurudan hücum edilib. Hücuma görə məsuliyyəti “Həmas” terror qruplaşması öz üzərinə götürərək, “Əqsa tufanı” əməliyyatı adlandırıb. Raket hücumuna cavab olaraq İsrail Müdafiə Nazirliyi hərbi vəziyyət elan edib və “Dəmir Qılınclar” əməliyyatına başlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər