İsrail Müdafiə Naziri: “İsrail hərtərəfli hücuma keçir, Qəzza heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq“
"İsrail tam hücuma keçir, Qəzza heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq"
InterPress.ge xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Qəzza ilə sərhəddə hərbçilərlə söhbətində bildirib.
“Biz bütün məhdudiyyətləri aradan qaldırdıq, əraziyə nəzarəti [qaytardıq] və tam hücuma keçirik...
Burada reallığı dəyişmək imkanınız olacaq. Siz [ödənilmiş] qiyməti gördünüz və dəyişikliyi görəcəksiniz. Həmas Qəzzada dəyişiklik istəyirdi, bu onların düşündüklərindən 180 dərəcə dəyişəcək...
Bu dəqiqə peşman olacaqlar, Qəzza heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq...
Başını kəsməyə, qadınları öldürməyə, Holokostdan sağ çıxan insanlara qədər gedənlər - biz onları bütün gücümüzlə və güzəştə getmədən məhv edəcəyik”, - Qalant bildirib.


