09 
Okt
2023
22:29
325

Avropa Komissiyası HƏMAS-ın İsrailə hücumu səbəbindən fələstinlilərə yardımı dayandırıb

Avropa Komissiyası HƏMAS-ın İsrailə hücumu səbəbindən fələstinlilərə yardımı dayandırdıqlarını açıqlayıb.

InterPreaa.ge xəbər verir ki, bu “Reuters” məlumat verib.

Məlumata görə, söhbət 691 milyon avro məbləğində yardımdan gedir.

Genişlənmə üzrə Avropa komissarı Oliver Varheinin sözlərinə görə, İsrailə qarşı törədilən terrorun miqyası və vəhşiliyi dönüş nöqtəsidir.

"Fələstinlilərə ən böyük donor kimi Avropa Komissiyası 691 milyon avro dəyərində olan bütün inkişaf layihələri portfelini nəzərdən keçirəcək", - Varhei bildirib.

Avropa Komissiyası da mövcud layihələr çərçivəsində ödənişləri dərhal dayandırdıqlarını bildirib.

“Sülhün, tolerantlığın və birgəyaşayışın əsasları təcili həllər tələb edir. Nifrətin, zorakılığın qızışdırılması və terrorun tərənnümü həddən artıq çox insanın zehnini zəhərləyib. Biz indi hərəkətə keçməliyik”, - Varhei bildirib.

Bundan əvvəl Almaniya və Avstriyada ikitərəfli yardımın dayandırılması ilə bağlı qərar qəbul edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər