28 
Iyl
2020
00:17
793

R.T.Ərdoğanla V.Putinin telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İnterPress-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Türkiyə-Rusiya əlaqələrinin gücləndirilməsi üzrə addımları müzakirə ediblər.

Dövlət başçıları həmçinin Azərbaycan və Ermənistan sərhədində gərginliyin artması ilə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Liviya və Suriyadakı vəziyyət də müzakirə edilib.

Liderlər ikitərəfli əlaqələr və regional gündəliyə dair əməkdaşlıq və dialoqun inkişaf etdirilməsi barədə razılığa gəliblər

Bizimlə əlaqə saxlayın