12 
Iyn
2023
15:45
731

Baş nazirdən açıqlama - Bu qadağan olunacaq

Gürcüstanda katalizatorların ixracı qadağan ediləcək.

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün hökumətin iclasında müvafiq bəyanatla çıxış edib.

Onun izahatına görə, bəzi hallar var ki,  katalizatorlar çıxarılaraq xaricə satılır.

“Artıq 6 ildir ki,  mümkün qədər yanacağa nəzarət edirik. Keyfiyyət sistematik olaraq yoxlanılır və onu da deyim ki, başqa kompleks tədbirlər də planlaşdırmışıq. Əsas problemlərdən biri də katalizatorlar məsələsidir. Biz məsələni öyrəndik və bildirdik ki, katalizatorların ixracını dayandırmaq lazımdır, ona görə də ayrıca qərar çıxaracağıq və ölkədən katalizatorların ixracı qadağan olunacaq. Düşünürəm ki, biz bu standartı tətbiq etdikdən sonra tezliklə nəticələr əldə edəcəyik, havanın keyfiyyəti yaxşılaşacaq. Eyni zamanda, Milli Ətraf Mühit Agentliyi də avtomobillərin keyfiyyətini yoxlamağa başlayacaq. Bu ildən Tbilisi, Rustavi, Batumi və Kutaisidə xüsusi avadanlıqdan istifadə etməklə həddindən artıq tullantıları olan nəqliyyat vasitələrinə nəzarət etməyə başlayacağıq”, - deyə İrakli Qaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın