
Marneulidə ŞOK hadisə - Vətəndaşın evinə “narkotik” maddə yerləşdirmək istədiyi iddia edilir - VİDEO
Marneuli rayonunun Araflı kəndində bir evə axtarış üçün daxil olan rəsmi dövlət əməkdaşları həmin evdə masanın altına “Narkotik maddə və ya başqa bir vasitə” yerləşdirmək istədiyi iddial olunur.
InterPress.ge-nin Aktual.ge-yə istinadən xəbərinə görə, iddiaya görə, həmin narkotik maddəni yerləşdirməsi hadisəsi Marneuli rayon Araflı kəndi sakini Qalib Əliyevin evində baş verib.
Q.Əliyevin qonşusu və hadisənin şahidi Xatirə sosial şəbəkədə bir canlı yayımda bunları deyib: “Mən bunlarda idim polislər gəldi ki, evinizdə silah var axtarış aparacıq. Bunlarda dedi ki, buraxın axtarsınlar. Evə girəndə vətəndaş formasında biri kresloda oturdu və əlini uzatdı stolun altına oynon (narkotik və ya başqa bir maddə - red ) yerləşdirdi. Biz qonşular isə yığışdıq bunları əl-ayaq çıxartdıq. Apardılar həmin adamı polis avtomobilinə mindirib qaçırdılar”.
DİQQƏT! Videoda qeyri etik sözlər var!