16 
Iyl
2020
12:21
1123

Türkiyə Xarici İşlər Nazirliyindən Ermənistana sərt XƏBƏRDARLIQ

Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin ittihamlarına cavab verib.

InterPress.ge xəbər verir ki, açıqlama Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında dərc edilib.

Açıqlamada qeyd olunur ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün Türkiyəyə qarşı riyakar qaralama kampaniyası həyata keçirir:

“Azərbaycan torpaqlarında illərdir qanunsuz işğalını həyata keçirən Ermənistanın ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəl yaratmasını açıq-aşkar ortaya qoyur”.

Türkiyə XİN-in açıqlamasında daha sonra qeyd olunub ki, bu cür ittiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verəcək:

“Ermənistan hakimiyyəti ağlını başına yığıb Cənubi Qafqazda problemlərin deyil, həll yollarının bir hissəsi olmağı tez bir zamanda öyrənməlidir”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər