12 
Fev
2023
22:45
334

Gürcüstanın Türkiyədəki səfiri əməkdaşları ilə birgə təbii fəlakət zonasına baş çəkib

Gürcüstanın xarici işlər nazirinin qərarına əsasən, Gürcüstanın Türkiyə Respublikasındakı səfiri Giorgi Cancğava səfirliyin əməkdaşları ilə birlikdə təbii fəlakət zonasına səfər edib. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, gürcü diplomatları yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirəcək, onların ehtiyaclarını müəyyən etmək üçün Gürcüstan vətəndaşlarına baş çəkəcəklər.

Səfirliyin nümayəndələri Gürcüstandan Türkiyəyə gələn və bir neçə gündür fəlakət zonasında işləyən xilasedicilərlə də görüşəcəklər.

“Gürcüstan səfirliyi Qaziantepdə baş verən dağıdıcı zəlzələnin ilk dəqiqələrindən Gürcüstan vətəndaşlarına kömək etmək üçün 24 saat işləyir.

Hazırda mövcud olan məlumata görə, təbii fəlakət nəticəsində 5 Gürcüstan vətəndaşı həlak olub.

Onlarla vətəndaş təbii fəlakət zonasından Türkiyənin digər rayon və şəhərlərinə köçürülüb, onların bir hissəsi artıq Gürcüstana qayıdıb”, - deyə agentlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın