18 
Dek
2022
12:58
492

Avropalı deputatlar Gürcüstanla bağlı Avropa Komissiyasının sədrinə müraciət etdilər

24 Avropa deputatı Gürcüstanı Avropanın pulsuz rouminq məkanına daxil etmək təşəbbüsü ilə çıxış edir

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü Teir Roiten şəxsi Twitter səhifəsində məlumat yayıb.

Bu təşəbbüslə Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədri Ursula fon der Leyenə müraciət edirlər.

 “Gürcü xalqı Avropa yolunda Avropa Birliyinin nəzərə çarpan işarəsinə layiqdir. Bu gün beş siyasi qrupdan olan Avropa Parlamentinin deputatları fon der Leyeni Gürcüstanı Avropanın pulsuz rouminq məkanına daxil etməyə çağırır. Ümid edirik ki, Gürcüstan hökuməti 12 əsas prioriteti tezliklə yerinə yetirəcək”, - Roiten yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər