16 
Dek
2022
12:11
389

Gürcüstanın beynəlxalq səyahətlərdən əldə etdiyi gəlir artıb

2022-ci ilin noyabr ayında əvvəlki illə müqayisədə Gürcüstanın beynəlxalq səyahətlərdən əldə etdiyi gəlir 174,8% artıb.

InterPress.ge xəbər verir ki, bu barədə SEB-in saytında dərc olunan statistik məlumatda bildirilib.

Statistik məlumata görə, bu ilin noyabr ayında xarici səyahətçilərdən əldə olunan gəlir 305 milyon dollar təşkil edirdisə, bir il əvvəl bu rəqəm 111 milyon dollar olub. 2020-ci ilin noyabr ayında səyahətdən əldə edilən gəlir 12,9 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin noyabr ayında Gürcüstan beynəlxalq səyahətlərdən pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə daha çox gəlir əldə edib. O cümlədən, 2019-cu ilin noyabr ayında pandemiyadan əvvəl ölkə xarici səyahətçilərdən 201,7 milyon ABŞ dolları gəlir əldə edib.
 

2022-ci ilin ötən aylarının statistikasına gəlincə, oktyabr ayında Gürcüstan beynəlxalq səyahətlərdən 337,3 milyon dollar , sentyabrda - 375,6 milyon dollar əldə edib. Avqustda - 522,9 milyon, iyulda - 476,1 milyon dollar, iyunda - 301,7 milyon ABŞ dolları, may ayında - 258,6 milyon ABŞ dolları, Apreldə Gürcüstan beynəlxalq səyahətlərdən 188,6 milyon dollar, martda 174,5 milyon dollar, fevralda - 105,2 mln,  yanvarda isə 114 milyon ABŞ dolları təşkil edib.

Bizimlə əlaqə saxlayın