16 
Dek
2022
11:13
1368

Gürcüstanda orta aylıq əməkhaqqı 1595 lariyə yüksəlib

2022-ci ilin 3-cü rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz (226,5 lari) artaraq 1595 lari təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat verib.

2022-ci ilin 3-cü rübündə qadınlar üçün orta əməkhaqqı 1265,6 lari, kişilər üçün isə 1904,8 lari təşkil edib.

Əməkhaqqının illik artımı qadınlarda 159,2 lari (14,4%), kişilərdə isə 292,7 lari (18,2%) təşkil edib. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sahələrdə kişilərin əməkhaqqı qadınların maaşından yüksək olub.

“2022-ci ilin 3-cü rübündə sahibkarlıq sektorunda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 258,7 lari (17,8%) artaraq 1714,2 lari təşkil edib. Fəaliyyət növləri üzrə ən yüksək əməkhaqqı informasiya və rabitə (3434,0 lari, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 54,6 faiz artıb), o cümlədən incəsənət, əyləncə və istirahət (2732,2 lari, 16,9 faiz) sahələrində qeydə alınıb. 

2022-ci ilin III rübündə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 160,3 lari (13,1%) artaraq 1380,3 lari təşkil edib. Fəaliyyət növünə görə maliyyə və sığorta fəaliyyətində çalışanlar nisbətən yüksək orta əməkhaqqına malikdirlər.

Orta əməkhaqqına görə, Tbilisi və Acarıstan Muxtar Respublikası regionlar üzrə liderdir”, - Sakstat-ın dərc etdiyi məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər