07 
Dek
2022
10:57
1046

Gürcüstanın nə qədər vətəndaşı Avropada qeyri-qanuni qalıb

Avropa Komissiyası Qərbi Balkanlar və Şərqi tərəfdaş ölkələrin Avropa İttifaqı ilə vizasız səyahət rejiminə baxışın beşinci hesabatını dərc edib.

InterPress.ge xəbər verir ki, hesabatda Gürcüstana da ayrıca yer ayrılıb.

Avropa Komissiyasının məlumatına görə, ölkə bir sıra məsələlərdə inkişaf edib, üzv ölkələr arasında əməkdaşlıq təhlükəsizlik baxımından yaxşıdır. Korrupsiya, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə davam edir, lakin Gürcüstanın viza siyasəti hələ də bu siyahıya uyğun deyil. 

Statistik məlumatlara gəlincə isə, 2020-ci ildə olduğu kimi, 2021-ci ildə gürcülərin 30 qanunsuz sərhədi keçməsi faktı qeydə alınıb. Bundan əlavə, 2021-ci ildə üzv ölkələrdə qeyri-qanuni qalan gürcülərin sayı 13 min nəfər təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 28faiz çoxdur. Həmçinin 3105 Gürcüstan vətəndaşının ölkəyə girişindən imtina edilib ki, bu da əvvəlki illə müqayisədə 50faiz çoxdur.

Avropa İttifaqının  tövsiyələrində bildirilib ki, Gürcüstanın viza siyasəti Aİ-nin viza rejiminə tabe olan üçüncü ölkələrin siyahısına uyğun olmalıdır. Xüsusilə də Avropa İttifaqı üçün qeyri-qanuni miqrasiya və təhlükəsizlik riskləri yüksək olan dövlətlərə münasibətdə. Həmçinin korrupsiyaya qarşı mübarizədə dövlətin səyləri artırılmalı, antikorrupsiya xidmətlərinin müstəqilliyinə, əlaqələndirilməsinə və zəruri resurslarla təmin edilməsinə təminat verilməlidir. Mütəşəkkil cinayətkarlığa qarşı, xüsusən də Avropa İttifaqı üçün təhlükə yaradan qruplara qarşı mübarizə gücləndirilməlidir.

Bizimlə əlaqə saxlayın