Ukraynada Baxmut yaxınlığında gürcü hərbiçiləri ölüb.
InterPress.ge xəbər verir ki, hazırda gürcü hərbiçiləri həlak olan 5 hərbiçinin meyitini döyüş meydanından çıxarmağa çalışır.
Gürcü hərbçilərinin sözlərinə görə, şəhərdə vəziyyət hələ də çox ağırdır və işğalçılar Baxmutu intensiv şəkildə bombalayır.
“İndi biz ölülərimizin olduğu Baxmut şəhərinin yaxınlığındayıq. Təxliyə üçün içəri girdik və yaralılarımız var. Müharibə şəraitinə görə onları evakuasiya edə bilmirik. Biz geri çıxmalı olduq və yenidən içəri girəcəyik. Baxmut şəhəri bizimdir, biz ona nəzarət edirik” – deyə hərbiçi Davit Kukçişvili bildirib.
