30 
Nybr
2022
11:15
297

Edqars Rinkeviçs: "Mən Gürcüstanın NATO və Avropa Birliyinə qoşulmasını dəstəkləyirəm"

"Mən həmişə Gürcüstanın NATO və Avropa Birliyinə üzv olmasını dəstəkləyirəm. Tərəfdaş ölkələrə əsas mesaj ondan ibarət olacaq ki, biz sizə davamlılığınızı gücləndirməyə, islahatların həyata keçirilməsinə kömək etməyə hazırıq, lakin təbii ki, sizdən çox şey asılıdır".

InterPress.ge xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib.

Onun sözlərinə görə, NATO xarici işlər nazirləri dünən 2008-ci il Buxarest sammitinin qərarlarını müzakirə edərək, Ukrayna və Gürcüstana verdikləri vədi xatırladıblar.

“Dünən biz 2008-ci il Buxarest sammitinin qərarları haqqında çox danışdıq. Hamı xatırlayırdı ki, Ukrayna və Gürcüstana NATO-ya üzv olacağına dair söz verilmişdi. İndi əsas sual ondan ibarətdir ki, biz 14 il əvvəl burada verilən bu vədi yerinə yetirmək üçün siyasi planı necə hazırlayırıq.

Tərəfdaş ölkələrə əsas mesaj ondan ibarət olacaq ki, biz sizə davamlılığınızı gücləndirməyə, islahatların həyata keçirilməsinə kömək etməyə hazırıq, lakin təbii ki, sizdən çox şey asılıdır”, - deyə Edqars Rinkeviç bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər