Sağlamlıq üçün zərərli 1400 kq ət məhv edildi
Milli Qida Agentliyi 1400 kiloqram zərərli ət və ət məhsullarını məhv edib.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat verib.
Milli Qida Agentliyi "Koç Holdinq" ticarət adı altında fəaliyyət göstərən "Bizim qəssab"ın istehsal prosesini kritik uyğunsuzluqlara görə dayandırıb.
Agentliyin Tbilisi Şəhər Xidmətinin müfəttişləri tərəfindən obyektə baxış zamanı 1400 kiloqram saxlama müddəti ötmüş ət, ət məhsulları aşkar edilib.
Sözügedən ərzaqlar Agentliyin nəzarəti altında möhürlənib və qanunvericiliyə uyğun olaraq məhv edilib.
Obyektdə sanitar-gigiyena normalarının pozulması da müşahidə olunub. Biznes operatoru 5000 lari cərimələnib.
Müəyyən edilmiş kritik uyğunsuzluqları aradan qaldırdıqdan sonra müəssisə istehsal prosesini bərpa edə biləcək


