“Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciəvi partlayışla əlaqədar dərin hüznlə kədərlənir. Həlak olanların və xəsarət alanların ailələrinə başsağlığı verir, xilasedicilərin yorulmaz əməyini yüksək qiymətləndirir və bu faciədən təsirlənən hər kəsə dəstəyini ifadə edir”.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin bəyanatında bildirilib.
Məlumat üçün bildirək ki, noyabrın 19-da Poniçalada yaşayış binasının beşinci mərtəbəsində təbii qazın toplanması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
