17 
Nybr
2022
12:33
1328

Noyabrın 23-dək Gürcüstanda hava necə olacaq?

Noyabrın 18-də Gürcüstanda istilər fonunda yağıntılı hava şəraiti gözlənilir. Havanın temperaturu düzənlik və aran bölgələrində gündüz +13, +18 dərəcə təşkil edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib. 

Noyabrın 19-dan etibarən yalnız bəzi ərazilərdə az yağıntılar davam edəcək. Ölkənin əksər ərazilərində hava istiləşəcək. Noyabrın 18-də düzənlikdə və aran bölgələrində havanın temperaturu gündüz +13, +18 dərəcə isti, noyabrın 19-dan 23-dək isə +17, +22 dərəcəyədək isti olacaq.

Tbilisidə isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gün ərzində +18, +20 dərəcəyədək yüksələcək

Bizimlə əlaqə saxlayın