22 
Sen
2022
13:44
649

Gürcüstanda bu gündən çörək ucuzlaşır

Son vaxtlar un 10 lari ucuzlaşıb, bir neçə növ çörəyin qiyməti bu gündən 10 tetri ucuzlaşacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Çörəkçilər Assosiasiyasının sədri Malxaz Dolidze məlumat verib.

Malxaz Dolidzenin sözlərinə görə, Tbilisidə 2 şirkət bu gündən 4 növ çörəyin qiymətini aşağı salacaq. Bölgələrdə isə proses xeyli əvvəl başlayıb və orada da qiymət 10 tetri aşağı salınıb.

“Son vaxtlar unun qiyməti xeyli aşağı düşüb. 82 laridən 72 lariyə qədər. Qiymətin ucuzlaşması regionlarda daha tez özünü göstərdi. Bu gündən etibarən 2 şirkət 4 çeşiddə kütləvi istehsal olunan çörəyin qiymətini 10 tetri ucuzlaşdırır. Bu tendensiyanın yeni ilə qədər davam edəcəyini gözləyirik.

Vacibdir ki, Rusiya bazarında artıq məhsulla yanaşı, bu il də ölkəmizdə məhsul kifayət qədər yaxşı olub və buğdanın Qazaxıstandan gətirilə biləcəyi ilə bağlı məlumatlar var”, - deyə Dolidze bildirib.

Bizimlə əlaqə saxlayın