27 
Iyn
2020
16:29
1133

Telefonumuz ləng işləyərsə nə etməliyik?

Mobil telefonlar əvvəlcə çox sürətli işləsə də zaman keçdikcə yavaşlamağa başlayır. Təəssüf ki, bu hamımızın başına gəlir.

Belə vəziyyətdə, əlbəttə ki, telefonu dərhal dəyişdirmək mümkün deyil.

Bəs bu halda nə etməliyik? Tez-tez müzakirə olunan bu xroniki problemin səbəbini bəziləri mobil cihaza müxtəlif proqramlar yükləyərək yaddaşın dolmasında görür, bəziləri isə telefonu tez-tez yandirib söndürmək və ya müxtəlif təmizləmə proqramları yükləməklə problemə çarə axtarmağa çalışırlar.

InterPress.ge olaraq dəyərli oxucularımıza bu mövzu barədə mütəxəssis məsləhətini təqdim etmək istəyirik. Bu sahə üzrə mütəxəssis İlkin Quliyevin sözlərinə görə əslində səbəb bu imiş:

"Mobil telefonlar zaman keçdikcə yenilənmə istəyir. Ancaq yeniləməsək daha yaxşı olar. Çünki hər yenilənmə olduğu zaman, məsələn, telefonun daxili yaddaşı 32 Gb-dırsa telefonun zavod proqramlarının ümumi çoxluğu 10 Gb tutursa yenilənmədən sonra ən azı 14 və ya 16 Gb-a yüksəlir və növbəti yenilənmələrdə həmin prosses təkrarlanır və telefonun ağır işləməyinə səbəb olur".

Onun sözlərinə görə bir çoxu çarəni yaddaş kartından istifadə edib daxili yaddaşı əlavə yaddaş kartına köçürməkdə görür: "Amma bu, çıxış yolu deyil. Çünki daxili yaddaşda olan zavod proqramlarını həmin yaddaş kartına yükləmək qeyri- mümkündür".

Bizimlə əlaqə saxlayın