20 
Sen
2022
13:59
6694

Sentyabrın 26-dək gözlənilən hava şəraiti açıqlandı

Sentyabrın 21-dən 26-dək Qərbi Gürcüstanda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sentyabrın 24-dək havanın temperaturu gündüz +20, +25 dərəcə olacaq, sentyabrın 24-25-də isə +17, +22 dərəcəyədək enəcək.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Sentyabrın 24-dək Gürcüstanın şərqində yüksək temperatur fonu (+25, +30 dərəcə) saxlanılacaq, bəzi yerlərdə yağış yağacaq. Sentyabrın 24-25-də havanın nisbətən sərin keçəcəyi, qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə güclü qərb küləyinin əsəcəyi gözlənilir.

Sentyabrın 24-dək Tbilisidə hava isti olacaq. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək. Axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Sentyabrın 24-25-də paytaxtda da hava soyuyacaq, güclü şimal-qərb küləyi əsəcək. Sentyabrın 25-də gün ərzində havanın temperaturu +21, +23 dərəcəyədək enəcək.

 


 

Bizimlə əlaqə saxlayın