Prokurorluq: " Tbilisi Apellyasiya Məhkəməsi Gürcaani Rayon Məhkəməsinin hökmünü ləğv edib"
Apellyasiya Məhkəməsi ittiham tərəfinin apellyasiya şikayətini tam təmin edib və azyaşlıya təcavüzdə təqsirləndirilən şəxsə 15 il həbs cəzası verib.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda qeyd edildiyinə görə, Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstan Prokurorluğunun şikayətini tam təmin edərək, Gürcaani rayon məhkəməsinin hökmünü ləğv edərək, bir nəfəri azyaşlının zorlanmasında təqsirli bilib.
“Məhkəmə prosesində təqdim olunan sübutlarla sübuta yetirilib ki, təqsirləndirilən şəxs 2020-ci il dekabrın 21-də digər iki şəxslə birlikdə yetkinlik yaşına çatmayanı onunla evlənmək üçün qanunsuz olaraq azadlığından məhrum edib, sonra isə zərərçəkmişə təcavüz edib.
Qeyd edək ki, prokurorluğun təqdim etdiyi yalnış sübutlara baxmayaraq, Gürcaani Rayon Məhkəməsi adıçəkilən şəxsə zorlama faktı üzrə 23 sentyabr 2021-ci il tarixli hökmü ilə hər üç şəxs qabaqcadan bilə-bilə qrup şəklində törədilmiş yetkinlik yaşına çatmayan şəxsin qanunsuz saxlanılması faktında təqsirli bilinərək, hər biri 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutlar əsasında təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 137-ci maddəsinin dördüncü hissəsinin “c” bəndi ilə təqsirli bilib və 15 il müddətinə azadlıqdan məhrum edilib.
Gürcüstan Prokurorluğu bu kateqoriyadan olan işlər üzrə ən sərt cinayət-hüquq siyasəti aparır və gələcəkdə də bu siyasəti davam etdirəcək”, - deyə məlumatda qeyd olunub.


