14 739 qutu aksizsiz tütün məmulatı ələ keçirildi
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin əməkdaşları tərəfindən avqustun 1-dən 31-dək ölkə ərazisində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 14 min 739 qutu və 10 kiloqramdan artıq aksizsiz tütün məmulatının qanunsuz saxlanması və daşınması ilə bağlı 189 fakt aşkar edilib.
lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gəlirlər Xidməti yayıb.
Məlumata görə, Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 5-ci hissəsinə əsasən qanunu pozan vətəndaşlardan aksizsiz mallar götürülüb.
102 fakt üzrə, Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 1552-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilib və iş materialları məhkəməyə göndərilib.
2 fakt üzrə, Gürcüstan Vergi Məcəlləsinin 271-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, iş materialları Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinə göndərilib.
Qalan 85 fakt isə müəyyən edilməmiş hal kimi qiymətləndirilib və götürülmə protokolları tərtib edilib.


