02 
Sen
2022
12:42
471

Həyat yoldaşının ailəsinin 5 üzvünü öldürməyə cəhd edən şəxs həbs edildi

Axalkalaki rayon məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edib və təqsirləndirilən şəxsi həyat yoldaşının ailəsinin 5 üzvünü öldürməyə cəhddə təqsirli bilib.

lnterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Məlumata görə, istintaq zamanı məlum olub ki, məişət zorakılığı və hədə-qorxu ilə təqsirli bilinən orta yaşlı kişi, azyaşlı oğlunun gözüönündə həyat yoldaşına fiziki təzyiq göstərib.

Həmçinin, 2021-ci il dekabrın 11-də təqsirləndirilən şəxs arvadının valideynlərinin evinə gedərək orada arvadının valideynlərinə, arvadının bacısına, arvadının qardaşının arvadına və azyaşlı oğluna xəsarət yetirib. Vaxtında göstərilən tibbi yardım nəticəsində xəsarət alanların həyatı xilas edilib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, məişət zorakılığı və qəsdən adam öldürməyə cəhddə ittiham olunub.

Axalkalaki Rayon Məhkəməsi təqsirləndirilən şəxsi ittiham üzrə tam təqsirli bilib və 20 il müddətinə azadlıqdan məhrum edib", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın