Borjomidə baş verən yanğının söndürülməsi üçün işlər hələ də davam edir
"Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları Borjomi bələdiyyəsində yanğının söndürülməsində fəal iştirak edir".
lnterPress.ge xəbər verir ki, bununla bağlı Qurum məlumat yayıb.
Məlumata görə, Mühafizə olunan ərazi Agentliyinin 135 mühafizəçisi, Milli Meşə Agentliyinin 160 meşəçisi və Ətraf Mühitə Nəzarət Departamentinin 120 əməkdaşı hələ də hadisə yerindədir və yanğın tam söndürülənə qədər ərazini tərk etməyəcəklər.
,,Qeyd etmək lazımdır ki, hazırda Borjomi vadisində əsas yanğın ocaqları söndürülüb.
Yanğınsöndürmə tədbirlərində Daxili İşlər və Müdafiə nazirliklərinin müvafiq qüvvələri, yanğınsöndürənlər və Xüsusi Təyinatlı Xidmətin əməkdaşları iştirak edir. Yanğının söndürülməsinə hələ də sərhəd polisinin helikopterləri cəlb olunub, müvafiq yanğın-xilasetmə maşınları səfərbər olunub.
Yanğın ocaqları Borjom-Xaraqauli Milli Parkının ərazisinə yayılmır”, - deyə məlumatda qeyd olunub.


