Ukraynada daha bir gürcü döyüşçü həlak olub
Daha bir gürcü döyüşçü Berdiya Coxadze Ukraynada həyatını itirib.
lnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Ukraynadakı səfiri Qiorqi Zakaraşvili təsdiqləyib.
Onun sözlərinə görə, Berdiya Coxadze xəstəxanada aparılan əməliyyat zamanı dünyasını dəyişib.
Qiorqi Zakaraşvilinin qeyd edib ki, hazırda ölümün dəqiq səbəbi məlum deyil, lakin ailə üzvlərinin dediyinə görə, o, Rusiya tərəfindən kimyəvi silahdan istifadə nəticəsində yaranan fəsadlar səbəbindən dünyasını dəyişib. Səfirin sözlərinə görə, dəqiq səbəb ekspertizanın rəyindən sonra məlum olacaq.
Qiorqi Zakaraşvilinin sözlərinə görə, Gürcü döyüşçünün cənazəsi sabah səhər saatlarında Gürcüstana gətiriləcək.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri artıq 18 gürcü döyüşçü həlak olub.


