17 
Avq
2022
12:04
702

Baş nazir açıqlama verdi - İrimiqyaslı layihənin icrasına başlanılır

Baş nazir İrakli Ğaribaşvilinin təşəbbüsü ilə irimiqyaslı layihənin icrasına başlanılır. 800 məktəbin tikintisi-bərpasının birinci mərhələsinə cari ilin sentyabr-oktyabr aylarında başlanacaq, 80 yeni məktəbin tikintisi və 320 məktəbin əsaslı təmiri üçün tender elan ediləcək.

lnterPress.ge xəbər verir ki, layihəyə əsasən, 2023-2024-cü illərdə yerdə qalan 400 məktəbin bərpası üçün tender elan olunacaq, 2026-cı ilin sonuna isə ümumilikdə 800 məktəb tikilib əsaslı təmir olunacaq.

Qeyd olunan məsələ ilə əlaqədar olaraq hökumət aparatında Baş nazirin rəhbərliyi ilə Təhsil və elm naziri Mixail Çxenkeli və Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin direktoru Levan Suxitaşvili hökumət başçısı ilə birgə layihənin detallarını müzakirə edən işçi görüş keçirilib.

Layihə təhsil resurslarına bərabər çıxışı və onların təkmilləşdirilməsini təmin edir və onun həyata keçirilməsindən 230 000-dən çox tələbə faydalanacaq. Nəticədə 2026-cı ilin sonunadək bütün dövlət ümumi təhsil müəssisələri infrastruktur cəhətdən sağlam olacaq.

Qeyd edək ki, yeni məktəblərin bərpası və tikintisi zamanı onların müasir standartlara uyğun təchiz edilməsi nəzərdə tutulub. Xüsusilə, müasir laboratoriyalar təşkil olunacaq, idman infrastrukturu yaradılacaq ki, bu da gənclərdə sağlam həyat tərzinin formalaşması istiqamətində çox mühümdür. Bütün məktəblər xüsusi təhsil ehtiyacı olan tələbələr üçün tam uyğunlaşdırılacaq.

 Təhsil və elm naziri qeyd edib ki, təhsilin qayğısına qalmaq hökumətin strateji prioritetidir.

Qeyd edək ki, layihənin dəyəri 1 milyard laridir.

Bizimlə əlaqə saxlayın