05 
Avq
2022
11:00
229

Zuqdididə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan yeniyetmənin vəziyyəti ağırdır

Zuqdididə Rustaveli küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 15 yaşlı yeniyetmənin səhhətinin vəziyyəti ağırdır.

lnterPress.ge xəbər verir ki, həkimin sözlərinə görə, hazırda xəstənin tənəffüsü nəzarət altındadır. 

Araşdırma apardıqdan sonra, o, ixtisaslaşdırılmış klinikaya köçürüləcək.

“Yol qəzası nəticəsində 112-ci briqada tərəfindən politravma, hipolarik şok keçirmiş yeniyetmə gətirilib. Onun ümumi vəziyyəti ağırdır, tənəffüsü nəzarət altındadır. Protokolda nəzərdə tutulan araşdırmalar və müalicələr aparılır. Daha sonra o, ixtisaslaşdırılmış klinikaya köçürüləcək”, - deyə həkim bildirib.

Məlumat üçün bildirək ki, yol-nəqliyyat hadisəsi dünən, gecə saatlarında Zuqdididə baş verib. Nənə və nəvə yolu keçərkən onları maşın vurub. Nənə yerindəcə dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər