20 
Iyl
2022
13:36
538

"Eurowings" aviaşirkəti Tbilisi Beynəlxalq Hava Limanına ilk uçuşunu həyata keçirib

Almaniyanın aşağı büdcəli aviaşirkəti "Eurowings" gecə saatlarında Ştutqartdan Tbilisi Beynəlxalq Hava Limanına ilk birbaşa müntəzəm uçuşunu həyata keçirib.

interpress.ge xəbər verir ki, bu barədə Hava Limanları İttifaqı məlumat yayıb.  

Məlumata görə, aviaşirkət Ştutqart-Tbilisi-Ştutqart hava xətti ilə həftədə iki dəfə AIRBUS A320 təyyarəsi ilə uçuş həyata keçirir. Ştutqartdan ilk uçuşda 155 sərnişin olub.

Gürcüstan Hava Limanları İttifaqının direktoru Tamar Arçuadzenin sözlərinə görə, 2017-ci ildən Gürcüstana birbaşa hava nəqliyyatına başlamaq və istiqamətlərin sayını artırmaq üçün Eurowings aviaşirkəti ilə fəal danışıqlar aparılır.

“Biz şadıq ki, Eurowings aviaşirkəti Gürcüstanın hava bazarında fəaliyyət sahəsini genişləndirdi. Düsseldorfdan sonra aviaşirkət Almaniyanın başqa bir şəhəri Ştutqartdan Tbilisiyə uçuşlara başlayıb. Gürcüstan Hava Limanları İttifaqı uçuşların başlanması və istiqamətlərin əlavə edilməsi ilə bağlı aviaşirkətlə çoxmərhələli danışıqlar aparıb. Routes Europe 2022 aviasiya forumu çərçivəsində də səmərəli danışıqlarımız oldu. Nəticədə aviaşirkət 2022-ci ilin yayından Tbilisi Beynəlxalq Hava Limanına daha bir istiqamət əlavə etmək qərarına gəlib”, - deyə Tamar Arçuadze bildirib.

Qeyd edək ki, Eurowings Gürcüstanın aviasiya bazarına 4 iyul 2021-ci ildə daxil olub və həftədə 2 dəfə Düsseldorf və Tbilisi arasında fəaliyyət göstərir. Eurowings tarif siyasəti BASIC, SMART və BIZclass aviabiletləri üçün nəzərdə tutulub.

 

 

Bizimlə əlaqə saxlayın