11 
Iyl
2022
10:28
907

Gürcüstanda iyulun 15-dək gözlənilən hava şəraiti açıqlandı

İyulun 15-dək Qərbi Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyinin məlumat yayıb.

Qərbi Gürcüstanda havanın temperaturu gündüz +28, +33 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanda yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.  Havanın temperaturu gündüz +32, +37 dərəcə təşkil edəcək.

 Paytaxta gəlincə, Tbilisidə yağmursuz hava şəraiti davam edəcək  Havanın +33, +35 dərəcə isti olacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər