09 
Iyl
2022
14:09
739

Avtomobillər texniki baxışdan keçmədiyi təqdirdə cərimələrin artırılması planlaşdırılır

Texniki baxış haqqı arta bilər, təkrar yoxlamalar isə pullu ola bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Texniki Nəzarət Mərkəzləri İttifaqının icraçı direktoru Qiorqi Şiolaşvili məlumat verib. 

Onun sözlərinə görə, dəyişikliyin payızda həyata keçirilməsi planlaşdırılır. Üstəlik, parlamentdə texniki baxış cəriməsi ödənilmədikdə rüsumun mərhələli şəkildə artırılmasını nəzərdə tutan qanunlayihəsi irəli sürülüb - ilk dəfə cərimə 50 lari olacaq, ödənilmədikdə, 1 ay sonra - 150, daha bir aydan sonra - 300 lari olacaq, bundan sonra məbləğ üç dəfə artırılacaq.

Davit Mesxişvili bildirib ki, cərimələrin artırılması islahatın uğursuzluqla üzləşməsi təhlükəsi ilə bağlıdır.

“Cərimələrin sərtləşdirilməsi onunla bağlıdır ki, yol və ekoloji təhlükəsizlik, eləcə də Avropaya inteqrasiya üçün çox vacib olan islahatın uğursuzluqla üzləşməsi riski var, çünki nəqliyyat vasitələrinin sayı (vahidlərlə) artsa da, yoxlama mərkəzlərinə müraciətlərin sayı azalır. Məsələn, sizə deyə bilərəm ki, müraciət 60 min azalıb, avtomobillərin sayı isə 160 min artıb.

Bu göstərici cəmiyyətin bu islahatın əhəmiyyətini tam dərk etmədiyini, ona görə müraciətin aşağı olduğunu göstərir. Əslində problem ondadır ki, insanlar islahatlara cəlb edilmir, texniki baxışın gətirə biləcəyi faydalı nəticələr barədə məlumatlandırılmırlar. 

Cərimələrin artırılması bu problemlərin həlli yollarından biridir, baxmayaraq ki, bu təkbaşına həll yolu ola bilməz, insanların özləri qanunları icra etmək istəməlidirlər”, - Meskişvili bildirib.

 

Bizimlə əlaqə saxlayın