Aqrokimyəvi maddələrin və pestisidlərin satışı obyektlərində aparılan yoxlamalar nəticəsində 40-a yaxın qanun pozuntusu aşkar edilib
Milli Qida Agentliyi saxlama müddəti ötmüş aqrokimyəvi və pestisidlərin satışı ilə bağlı faktları aşkarlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.
Keyfiyyətsiz, saxlama müddəti ötmüş və saxtalaşdırılmış dərman vasitələrinin müəyyən edilərək bazardan çıxarılması məqsədilə bütün satış obyektlərində yoxlamalar nəzərdə tutulub.
“Milli Qida Agentliyinin müfəttişləri ölkə üzrə pestisidlərin və aqrokimyəvi maddələrin satış obyektlərinə baxış keçirirlər. Laboratoriya tədqiqatları məqsədilə müfəttişlər preparatlardan da nümunələr götürürlər.
Bu il 190-a yaxın aqrokimyəvi və pestisid nümunəsi götürülüb. İlin sonuna kimi 380 nümunənin götürülməsi planlaşdırılır.
Keçirilən dövlət nəzarəti nəticəsində 40-a qədər qanun pozuntusu - saxlama müddəti ötmüş dərman vasitələrinin satışı, markalanma qaydalarının və satış şərtlərinin pozulması və digər faktlar aşkar edilib ki, bununla bağlı qurum tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
Keyfiyyətsiz, saxlama müddəti ötmüş və saxtalaşdırılmış dərman vasitələrinin müəyyən edilərək bazardan çıxarılması məqsədi ilə bütün satış obyektlərinin yoxlanılması nəzərdə tutulur”, - məlumatda deyilir.


