Prokurorluq bir nəfəri qəsdən adam öldürmə faktı ilə ittiham edib
Gürcüstan Prokurorluğu penitensiar müəssisədə qəsdən adam öldürmə faktı ilə bağlı, bir nəfərə ittiham irəli sürüb.
lnterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, xüsusi İstintaq Xidmətinin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, 26 iyul 2021-ci il tarixdə 17 saylı cəzaçəkmə müəssisəsinin məhkumu İ.C. qarşılıqlı mübahisə zəminində qisas məqsədi ilə həmin müəssisənin məhkumu Ş.A-ya fiziki zorakılıq törədib.
“Zorakılıq nəticəsində zərərçəkmiş başından həyati təhlükəsi olmayan xəsarətlər alıb və tibbi yardım göstərilməsinə baxmayaraq hadisədən bir neçə dəqiqə sonra dünyasını dəyişib. Prokurorluq məhbusu Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edib, bu maddə 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. İttiham tərəfi qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxsə qarşı məhkəməyəqədər iclasın təyin edilməsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsinə müraciət edir”, - deyə məlumatda qeyd olunub.


