Ğvarelidə 68 yaşlı kişiyə təcavüz edən şəxslərin ailələri kəntdən qovuldu
Ğvarelidə 68 yaşlı kişiyə qarşı qeyri-insani rəftara görə saxlanılan şəxslərin ailələri kəndi tərk ediblər.
InterPress.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, onların kəndində belə hadisə heç vaxt olmayıb və belə şəxslər əhali arasında olmamalıdır.
Onların sözlərinə görə, təqsirləndirilən şəxslərdən biri polis onu saxlamamışdan əvvəl kənd sakinləri tərəfindən fiziki təzyiqə məruz qalıb.
“Yerli sakinlər bu faktı eşidən kimi onlardan birini evdən çıxarıb, aparıb və döyüblər. İkincisi artıq saxlanılmışdı. Biz belə bir şeyi bağışlamırıq. Ölkənin bu bölgəsində çoxdandır ki, belə bir şey olmayıb, hamımız heyrətlənirik”, - yerli sakin TV Pirveli-yə müsahibəsində deyib.
Qeyd edək ki, Gürcüstan Prokurorluğu iki nəfəri Ğvareli bələdiyyəsində qrup halında sağlamlığa zərər vurma, soyğunçuluq, hədə-qorxu ilə pul tələb etmə, ləyaqəti alçaldan və qeyri-insani rəftar faktları ilə ittiham edib. Məhkəmə ittiham tərəfinin vəsatəti ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri iyunun 26 və 27-də saxlayıblar. Onları 5 ildən 10 ilədək həbs cəzası gözləyir.


