Malxaz Dolidze: "Çörəyin qiymətində artım gözlənilmir"
Gürcüstan Çörək Sənayesi İttifaqının sədri Malxaz Dolidzenin sözlərinə görə, yaxın vaxtlarda çörəyin qiymətində artım gözlənilmir.
lnterPress.ge xəbər verir ki, onun sözlərinə görə, hazırda ölkədə un tədarükü ilə bağlı problem yoxdur.
Dolidzenin sözlərinə əsasən, unun və buğdanın idxalında qiymətlər artıb. Eyni zamanda, Gürcüstana davamlı olaraq keyfiyyətli un gətirilmir.
"1 kisə birinci keyfiyyətli un təxminən 75-76 lariyə satılırdı. Bugünkü qiymət 79 laridir. Bundan başqa, Rusiyadan gətirilən unun da qiyməti yavaş-yavaş qalxır. Ən əsası, sabit keyfiyyət yoxdur", - deyə Malxaz Dolidze qeyd edib.
Dolidzenin sözlərinə görə, bu il Gürcüstanda ötən illə müqayisədə 20% çox buğda yığılacağı gözlənilir.
“Bu rəqəm hələ də az olsa da, ancaq bilmənizi istəyirəm ki, bu vəziyyət çoxlu fermerlərimizin buğda yetişdirməyə, ən yaxşı toxum materialına üz tutmasına səbəb oldu. Bu, Gürcüstanda çox yaxşı tendensiyadır”, - deyə Dolidze bildirib.


