20 
Iyn
2022
11:18
280

Rustavidə 3 nəfəri bıçaqlayan gəncə bu gün rəsmi ittiham irəli sürüləcək

Rustavidə üç nəfərə xəsarət yetirdiyinə görə saxlanılan 18 yaşlı gəncə bu gün rəsmi ittiham irəli sürüləcək, bundan sonra məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək.

InterPress.ge xəbər verir ki, saxlanılan gənc mübahisə edərkən 3 nəfəri bıçaqlayıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, bu mərhələdə onların həyatları artıq təhlükə altında deyil.

Saxlanılan şəxsin günahı sübuta yetirilərsə, onu uzun müddət həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər