Polis Rustavidə 3 nəfəri bıçaqlayan şəxsi saxladı
Polis Rustavidə 3 nəfərin bıçaqlanması faktını açıb - 1 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü L.V.- ni qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlayıblar.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Rustavi şəhərində mübahisə zamanı 3 nəfəri - 1992-ci il təvəllüdlü Q.A., 1988-ci il təvəllüdlü L.Ş. və 1994-cü il təvəllüdlü L.X.-ni bıçaqla yaralayıb, daha sonra hadisə yerindən qaçaraq gizlənib.
Xəsarət alan 3 nəfər xəstəxanaya aparılıb və onlara lazımi tibbi yardım göstərilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 7-ci hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) araşdırma aparılır.
Bu cinayətə görə 9 ildən 13 ilə qədər həbs cəzası nəzərdə tutulur.


