12 
Iyn
2022
11:33
1120

Polis bir nəfəri öldürən, üç nəfəri isə ağır yaralayan şəxsi Rustavidə saxladı

Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları Kvemo Kartli Polis İdarəsi ilə birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 1970-ci il təvəllüdlü İ.Q.-ni ağırlaşdırıcı şəraitdə bir neçə nəfəri qəsdən öldürməyə cəhd etmək ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il mayın 21-də Telavi bələdiyyəsinin Akura kəndində həmkəndliləri - 1976-cı il təvəllüdlü K.M. və 1986-cı il təvəllüdlü B.M.-ni, həmçinin onların anası, 1954-cü il təvəllüdlü E.M və öz oğlu 1993-cü il təvəllüdlü Q.Q.-ya ov tüfəngi ilə atəş açaraq hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində K.M. yerindəcə dünyasını dəyişib, xəstəxanaya qaldırılan yaralılara lazımi tibbi yardım göstərilib.

Ağırlaşdırıcı şəraitdə törədilmiş qəsdən adam öldürməyə cəhd faktı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə araşdırılır.

Cinayət 16 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər