11 
Iyn
2022
16:01
639

Zaporojye və Xerson vilayətlərində Rusiya pasportlarının verilməsinə başlanıldı

Rusiya Zaporojye vilayətinin Melitopol şəhərində və Xerson vilayətinin işğal olunmuş ərazilərində Rusiya pasportlarının verilməsinə başlayıb. 

InterPress.ge xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.

Onların sözlərinə görə, iyunun 6-na Zaporojye vilayətində 70 mindən çox insan Rusiya vətəndaşlığı üçün müraciət edib.

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya pasportlarının paylanması faktına cavab verib və bunun Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulması olduğunu bildirib.

“Pasportların qeyri-qanuni verilməsi Ukraynanın suverenliyi və ərazi bütövlüyünün, habelə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - XİN-dən bildiriblər.

Xatırladaq ki, mayın 25-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin sakinləri üçün Rusiya vətəndaşlığının alınması prosedurlarını sadələşdirən fərman imzalayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər