10 
Iyn
2022
16:03
695

Tbilisi Dövlət Universitetində etiraz aksiyası keçirilir

Tbilisi Dövlət Universitetində təhsilin semestrin sonuna kimi hibrid rejimdə davam etdirilməsi üçün aksiya keçirilir.

InterPress.ge xəbər verir ki, tələbələr “Təhsil uğrunda mübarizə” hərəkatının üzvləridir, onlar Qiorqi Şarvaşidze ilə görüşmək istəyirlər və onun istefasını tələb edirlər.

Tələbələrin sözlərinə görə, rektor cari semestrin sonuna kimi universitetdə hibrid tədris rejimini tətbiq etməkdən imtina edir və bu səbəbdən onların fikrincə, regionlarda yaşayan tələbələr Tbilisidə mənzil kirayələməkdə və mühazirələrdə iştirak etməkdə problem yaşayacaqlar.

Tələbələr deyiblər ki, rektor onlarla görüşüb istefasını bildirənə qədər onun kabinetindən çıxmayacaqlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər