07 
Iyn
2022
12:08
332

Gürcüstanın mədəniyyət sahəsinin nümayəndələri “Nizami” medalı ilə təltif ediliblər

Rəssamlıq Akademiyasında Apolon Kutateladze adına Tbilisi Dövlət Rəssamlıq Akademiyası və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və filosofu Nizam Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş sərgi keçirilib və şairin məşhur “Xəmsə” (Sirlər xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun) poemalar toplusunun miniatürlərinin fotomaterialı təqdim olunub.

InterPress.ge xəbər verir ki, sərgidə Gürcüstanın mədəniyyət sahəsinin nümayəndələri “Nizami” medalı ilə təltif olunublar.

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Azərbaycanın səfiri Faiq Quliyev Gürcüstan-Azərbaycan mədəni əlaqələrinin dərinləşməsinə xidmətlərinə görə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru Qiorqi Ququşvili, Gürcüstan Milli Muzeyinin baş direktoru akademik Davit Lortkipanidze, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, keçmiş mədəniyyət naziri akademik Valeri Asatiani, heykəltəraş, rəssam Qia Caparidze, Gürcüstanın xalq artisti və rəqqas Cumber Beradzeni Nizami Gəncəvi medalı ilə təltif ediblər.

Tədbirdə Gürcüstan-Azərbaycan nümayəndə heyəti, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Gürcüstan, Azərbaycan və Türkiyənin mədəniyyət və incəsənət təşkilatlarının rəhbərləri, qeyri-hökumət təşkilatları və s. iştirak ediblər", - məlumatda qeyd olunub

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər