17 
Iyn
2020
08:50
1351

Ramzan Kadırov Vasambek Bokovun Gürcüstanda həbs edilməsi ilə bağlı bəyanat yayır

“Exo Moskvı”-nın redaksiyası Çeçenistan prezidenti Ramzan Kadırovun bəyanatını yayır.

InterPress.ge xəbər verir ki, bəyanatda Kadırov Vasambek Bokovun Gürcüstanda həbs edilməsinə səslənir.

“Medyada məlumat yayılır ki, güya işində müvəffəqiyyətsiz olan, yarım jurnalistə qarşı Çeçenistan Respublikasının iqtidarı tərəfindən sifariş edilən qətl cinayəti hazırlanırmış. Düzünü desəm həyata küsən insanların hadisələri məni maraqlandırmır. Önlar özlərini informasiya dalğasında tutmağa çalışırlar, ancaq suya daha dərin batırlar.

Sadəcə onu demək istəyirəm ki, bu gün Gürcüstan siyasəti də Ukraynanın siyasəti kimi boşdur. Bu ölkələrin iqtidarları xalqın real problemlərini düşünmək yerinə axmaq bəyanatlar yayırlar. İndi də deyirlər ki, güya Kadırovun sifarişi ilə göndərilən qatil gürcü yarım jurnalistini öldürməyə çalışırdı” – deyir Kadırov.

Onun dediyinə görə, “Kadırovun tapşırığı ilə qətl törətmək istəyən şəxs, öz işini yerinə yetirərdi”.

“Cənablar, inanın ki, mənim tapşırığımla hərəkət edən şəxslər, öz işlərini yerinə yetirə bilirlər. Əgər bu iş gizlicə yerinə yetiriləsidirsə, o gizlicə yerinə yetirilərdi. Kimsə, hələ ki, tam hərəkətsizlikdə olan bir ölkənin iqtidarı bunu öyrənməyəcəkdi.

Giorgi Qabuniyaya gəlincə isə, onun üçün yaxşı olar ki, diz üstə çöküb, üzr istəsin. O sadəcə bir nəfəri deyil, bütün Rusiyayı təhqir etdi. Ona tövsiyyəmdir ki, ağlını başına alsın və doğru hərəkəti etsin. Əks təqdirdə, o mənim düşmanım olaraq qalacaq. Gələcəkdə daha ciddi hərəkət etsin və ictimaiyyətin gülünc obyektinə çevrilməsin. Onsuz da, son illərdir mənim adımla özünə reklam edir. Məhz bu reklam üçün mənə borcunuz var, bunu unutmayın! – deyilir Kadırovun bəyanatında.

Xatırladaq ki, “Mtavari” telekanalının baş direktoru Nika Qvaramia bəyan etdi ki, Çeçenistan prezidenti Ramzan Kadırovun tapşırığı ilə jurnalist Giorgi Qabunianın likvidasiyası planlaşdırılırdı.

Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilir ki, Gürcüstan ərazisində Vasambek Bokov qəsdlə qətlə yetirmək cəhdi üçün həbs edilib və istintaq müddətində, hərkəsi məsələ ilə bağlı dəqiq olmayan məlumat yaymaqdan baş qaçırdmağa çağırır.

Bizimlə əlaqə saxlayın