23 
May
2022
10:13
213

Özbəkistandan Batumiyə uçuşlar başladı

Özbəkistandan Batumiyə ilk uçuş həyata keçirilib.  

InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan Turizm Departamenti məlumat yayıb.

Özbəkistan Hava Yolları Daşkənddən Batumiyə birbaşa uçuş həyata keçirib.  Özbəkistanlı turistləri Batumi hava limanında folklor şousunda qarşılayıblar.

Onların sözlərinə görə, Daşkənddən Batumiyə uçuşlar həftədə iki dəfə, çərşənbə və şənbə günləri yay mövsümünün sonuna qədər davam edəcək ki, bu da özbək turistlərin regiona cəlb olunmasına kömək edəcək.

 

Bizimlə əlaqə saxlayın