20 
May
2022
11:08
485

Parlament sədri soyadların dəyişdirilməsi ilə bağlı Bolnisi sakinləri və vətəndaş fəalları ilə görüş keçirib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deputatlarla birlikdə “Tarixi-mədəni ənənələrə uyğun gəlməyən soyadın dəyişdirilməsi hüququ haqqında” qanun layihəsi ilə bağlı Bolnisi sakinləri və vətəndaş fəalları ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, Gürcüstan Parlamenti bununla bağlı məlumat yayıb.

Onların sözlərinə görə, parlamentdə təşəbbüs edilən qanun Gürcüstan azərbaycanlılarının nümayəndələri üçün orijinal, yəni mədəni kimlik prinsipi əsasında soyad verilməsinin səmərəli mexanizminin yaradılmasını nəzərdə tutur.

İclasda qeyd edildiyinə görə, Rusiyanın ölkəmizdə hakimiyyəti dövründə Gürcüstanda yaşayan bəzi qrupların soyadları süni şəkildə yaradılıb.

Qanun layihəsinin qəbulu nəticəsində soyadın dəyişdirilməsi ilə bağlı müfəssəl prosedur formalaşdırılacaq, bunun nəticəsində müraciət edənlər qeyd olunan xidməti müvafiq dövlət qurumunda ala biləcəklər.

Bizimlə əlaqə saxlayın