19 
May
2022
09:14
1698

Dünən Gürcüstan sərhədində uçan helikopterlərlə bağlı Müdafiə Nazirliyi məlumat yaydı

Gürcüstanın Müdafiə Nazirliyi müxtəlif KİV-lərin Gürcüstan ərazisi üzərində helikopterlərin uçuşu ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.

InterPress.ge xəbər verir ki, qurum bu barədə Facebook-da məlumat yayıb.

Açıqlamaya görə, sözügedən helikopterlər Gürcüstan Müdafiə Qüvvələrinə məxsusdur.

"Qeyd olunan Mi-24 və Iroquois helikopterləri Gürcüstan Müdafiə Qüvvələrinin Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığına məxsusdur və onlar Orpholo poliqonunda davam edən planlaşdırılmış “Gelati 2022” komanda-qərargah təlimində iştirak edirdi. Qeyd olunan təlimi Gürcüstan Müdafiə Qüvvələrinin Qərb Komandanlığı və NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) təşkil edib.

Müvafiq olaraq, adıçəkilən təyyarələr Tbilisidən Axalçixeyə doğru hərəkət edib və təlimləri başa vuraraq geri qayıdıblar.

Biz KİV nümayəndələrinə müraciət edirik ki, Gürcüstan Müdafiə Qüvvələrinin planlaşdırılmış təlimləri zamanı istifadə olunan texnikanın hərəkəti ilə bağlı yalan məlumat yaymaqla cəmiyyətdə lüzumsuz gərginlik yaratmasınlar və yalnız yoxlanılmış məlumat yaysınlar”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın