16 
May
2022
16:37
684

Baş nazir un və buğda qıtlığı ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirdi

"Kifayət qədər un ehtiyatı var, ölkədə buğda ehtiyatı da var və cəmi bir ay, ay yarımdan sonra biz artıq öz buğdamızı, məhsulumuzu yığacağıq. Buna görə də ajiotaj üçün heç bir əsas yox idi".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir hökumətin iclasında deyib.

Hökumət başçısı qeyd edib ki, süni şəkildə ajiotaj yaradılıb və ölkənin bu istiqamətdə heç bir problemi yoxdur.

“Sənaye nümayəndələri una verginin tətbiqini tələb edirlər, eləmi? - Bu, təbii ki, çörəyin qiymətinin artmasına səbəb olacaq. Bu, nə bizim, nə də xalqımızın, əhalimizin  maraqlarına uyğundur. Ona görə də bu ajiotaj, məncə, tamamilə süni şəkildə yaradılıb, bu gün ölkəmizin heç bir problemi yoxdur. Ölkədə un, buğda ehtiyatı kifayət çoxdur və  bir ay, ay yarımdan sonra öz buğdamızı, öz məhsulumuzu yığacağıq və ona görə də ajiotaj üçün heç bir əsas yox idi. Kiçik bir qrupun bu məsələni siyasiləşdirdiyi və süni şəkildə ajiotaj yaratdığı aydındır", - baş nazir bəyan edib.

Bizimlə əlaqə saxlayın